AZ

ABŞ və Rusiya arasında müzakirələr aparılır

ABŞ

ABŞ-nın müdafiə naziri Lloyd Ostin ilə Rusiyanın müdafiə naziri Andrey Belousov arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Rayder deyib ki, Pentaqon rəhbəri Ostin rusiyalı həmkarına zəng edib və telefon danışığı zamanı ABŞ tərəfinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı rabitə xətlərinin açıq qalmasının vacibliyini bildirib.

Müdafiə nazirləri arasındakı söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını deyən Rayder, Ostinin Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu ilə sonuncu dəfə 15 mart 2023-cü ildə danışdığını xatırladıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
reyting.az

1Mənbələr