AZ

Türkiyə üçün həlledici gün - AVRO-2024-də qrup mərhələsinə yekun vurulur

Bakı. Trend:

Almaniyada təşkil olunan AVRO-2024-də bu gün qrup mərhələsinəyekun vurulacaq.

Trend xəbər verir ki, 3-cü turun son günündə 4 matçkeçiriləcək.

E qrupunda Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika iləqarşılaşacaq. Nəticədə bu qrupdan 1/8 finala yollanan komandalarmüəyyənləşəcək. E qrupunda komandaların hərəyə 3 xalı var. Ona görədə sözügedən görüşlərin gərgin mübarizə şəraitində keçəcəyigözlənilir. Hər iki matç Bakı vaxtı ilə saat 20:00-dabaşlayacaq.

Günün əsas qarşılaşması isə F qrupunda olacaq.

Qardaş ölkə Türkiyə Çexiya ilə "davam, ya tamam" matçınaçıxacaq. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşacaq. Bu qrupdaartıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib.Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstansonuncudur. F qrupunun oyunları Bakı vaxtı ilə saat 23:00-da startgötürəcək.

Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.

Avro-2024, qrup mərhələsi, 3-cü tur

E qrupu

20:00. Slovakiya - Rumıniya

Baş hakim: Daniel Siebert (Almaniya)

"Deutşe Bank Park"

20:00. Ukrayna - Belçika

Baş hakim: Entoni Teylor (İngiltərə)

"MHP Arena"

NKomandalarOQHMT-FX
1Rumıniya21013-23
2Belçika21012-13
3Slovakiya21012-23
4Ukrayna21012-43

F qrupu

23:00. Çexiya - Türkiyə

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Volksparkstadion"

23:00. Gürcüstan - Portuqaliya

Baş hakim: Sandro Şerer (İsveçrə)

"Veltins Arena"

NKomandalarOQHMT-FX
1Portuqaliya22005-16
2Türkiyə21013-43
3Çexiya20112-31
4Gürcüstan20112-41
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
az.trend.az

1Mənbələr