AZ

Ürəyin işemik xəstəliyi, kəskin koronar sindrom və kəskin ritm pozğunluğu diaqnozu qoyulan xəstə uğurla hospitalizasiya olunub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 66 yaşlı şəxsin (kişi cinsli) ürəyinin ağrıması səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, dərhal çağırış ünvanına göndərilən təcili tibbi yardım briqadası tərəfindən xəstə müayinə olunub, oksigen terapiyası aparılıb və lazımi tibbi yardımlar göstərilib.
 
Elektrokardioqramma (EKQ) nəticəsinə əsasən xəstəyə ürəyin işemik xəstəliyi, kəskin koronar sindrom, kəskin ritm pozğunluğu diaqnozu qoyulub.
 
Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstənin vəziyyəti stabilləşdirilib və dərhal hospitalizasiya olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
aztibb.az

1Mənbələr