AZ

Sautqeyt tənqidlərə münasibət bildirdi

style='margin-bottom:10px;'>

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Sloveniya ilə heç-heçə (0:0) etdikləri matçdan danışıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis azarkeşlərin onu və komandasını tənqid etməsinə də münasibət bildirib:

“Azarkeşlərin reaksiyasını başa düşürəm, amma vəziyyət bizim üçün çətindir. Bu matçda qalib gəlməyə çalışdıq. Hücumameyilli oyunçularımızı meydana buraxdıq. Biz topla davranışımızı xeyli təkmilləşdirmişik. Yaxşı şanslar yaratdıq. Düşünürəm ki, Sloveniya ilə matçda meydana çıxan futbolçularımız yaxşı oynadılar”.

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin 3 oyunundan sonra İngiltərə yığması 5 xal toplayaraq C qrupunda 1-ci yeri tutub. Danimarka 2-ci,Sloveniya 3-cü, Serbiya  isə 4-cü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr