AZ

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Kiyevdə Ukrayna-NATO Parlamentlərarası Şurasının növbəti iclası keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iclasın açılış mərasimində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk çıxış edib. Bildirib ki, Ukrayna-NATO Parlamentlərarası Şurasının iclası Vaşinqtonda Alyansın 75 illik NATO Sammiti ərəfəsində keçirilir. Bu zirvə görüşü Alyansın gücünü, bugünkü təhdidlərə qarşı effektivliyini nümayiş etdirməlidir.

"Ukraynanın NATO-nun qarşıdan gələn Sammitindən aydın baxışı və şəffaf, real gözləntiləri var. Biz gələcək müttəfiq kimi Ukraynanın NATO-nun müdafiə planlaşdırma prosesinə tədricən inteqrasiyası ilə bağlı qərar gözləyirik”, - deyə spiker əlavə edib.

Onun sözlərinə görə, Ukrayna NATO üzvlüyünə alternativ olmayan, lakin onun suverenliyi və ərazi bütövlüyünün qorunmasında Ukraynaya dəstək verməyə kömək edən Təhlükəsizlik Sazişlərinin mövcud olduğu ölkələrin dairəsini genişləndirməyi gözləyir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatları və Yaponiya ilə iki belə saziş imzalanıb. Əvvəllər Saziş Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Niderland, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç, İslandiya və Norveçlə bağlanıb.

Emil Hüseynli

Kiyev

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
ilk.az

2Mənbələr