AZ

Yaşar Gülər rumıniyalı həmkarı Angel Tilvar ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər rumıniyalı həmkarı Angel Tilvar ilə görüşüb.
Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Yaşar Gülər ​​həmkarı Angel Tilvar ilə İstanbul Gəmiqayırma zavodunda olub.
Zavoddakı dizayn ofisinə baş çəkən Angel Tilvar burada görülən işlər barədə məlumat alıb.
Yaşar Gülər ​​və Angel Tilvar daha sonra TCG ALEMDAR xilasetmə gəmisinin işlərini yerində izləyiblər.
Qeyd edək ki, nazirləri Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu müşayiət edib.



Seçilən
91
1
trt.net.tr

3Mənbələr