Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutacaq.
E qrupunda Slovakiya Rumıniya, Ukrayna isə Belçika ilə üz-üzə gələcək. F qrupunda isə Türkiyə yığması Çexiyanın, Portuqaliya isə Gürcüstanın müqavimətini qırmağa çalışacaq.
Avro-2024
Qrup mərhələsi, III tur
E qrupu
20:00 Slovakiya – Rumıniya
20:00 Ukrayna – Belçika
Xal durumu: Rumıniya – 3, Belçika – 3, Slovakiya – 3, Ukrayna – 3
F qrupu
23:00 Çexiya – Türkiyə
23:00 Gürcüstan – Portuqaliya
Xal durumu: Portuqaliya – 6, Türkiyə – 3, Çexiya – 1, Gürcüstan – 1