AZ

COP29-da iqlimin maliyyələşdirilməsi ilə bağlı yeni iddialı və real hədəf razılaşdırılmalıdır - Avropa komissarı (Özəl müsahibə)

Bakı. Trend:

COP29-da iqlimin maliyyələşdirilməsi ilə bağlı yeni iddialı vəreal hədəf razılaşdırılmalıdır.

Bu barədə Trend-ə özəl müsahibəsində bu yaxınlarda Azərbaycandasəfərdə olan Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarıVopke Hoekstra deyib.

“Bu missiya COP29-a doğru mühüm addım idi və texniki və siyasisəviyyələrdə görüşlər növbəti həftələrdə və aylardaintensivləşəcək. COP-a bir neçə ay qalıb. Mən COP-unprioritetlərini və məqsədlərini, bu tədbirə hazırlıqları COP29-unprezidenti Muxtar Babayev və digər hökumət nümayəndələri iləmüzakirə etmək istədim. Mən vətəndaş cəmiyyəti nümayəndələri iləfikir mübadiləsi aparmaq istədim, çünki onlar debatın əsashissəsidir”, - deyə o bildirib.

Hoekstra qeyd edib ki, COP29-da nazirlər və liderlər: 1) mədənyanacaqlarından uzaqlaşmaya sadiqliklərini bir daha təsdiq etməlivə buna nail olmaq üçün hansı addımlar atdıqlarını nümayişetdirməyə başlamalıdırlar; 2) bu keçidi dəstəkləmək üçün dövlət vəözəl resursların mövcud olacağına inamı təmin edəcək iqliminmaliyyələşdirilməsi ilə bağlı yeni iddialı və real hədəfirazılaşmalıdırlar; 3) Paris Sazişinə, ətraf mühitin bütövlüyünü,şəffaflığını və hesabatlılığını təmin edən qaydalara uyğun olaraqbeynəlxalq karbon bazarını işə salmalıdırlar.

“COP iştirakçı ölkələrin ilk şəffaflıq hesabatlarını təqdimetmək və hamımızın əsrin ortalarına qədər xalis sıfır emissiyayanail olmağa kömək edəcək növbəti emissiyaların azaldılmasıhədəflərimizi inkişaf etdirmək yolunda olduğumuzu təmin etmək üçünmühüm mərhələ olacaq”, - deyə o bildirib.

Hoekstra əlavə edib ki, keçirilən görüşlər zamanı Azərbaycanıniqlim dəyişikliyi ilə mübarizədəki ambisiyaları, xüsusən də ölkəniniqlimlə bağlı məqsədlərinə nail olunmasını necə sürətləndirməyiplanlaşdırdığı da müzakirə olunub.

“Görüşlər zamanı biz həmçinin bərpa olunan enerji, hidrogen,metan və şəbəkələr üzrə COP29 Fəaliyyət Proqramı çərçivəsindəmümkün təşəbbüslər barədə fikir mübadiləsi apardıq. Xarici işlərnaziri Ceyhun Bayramovla görüşmək də mənim üçün çox vacib idi.İqlim və COP29 üzrə əməkdaşlıq Azərbaycanla daha geniş dialoqun birhissəsidir və bu dialoqda biz insan haqları, vətəndaş cəmiyyətininiştirakı və [Ermənistanla] sülh prosesini də müzakirə etdik”, -deyə o bildirib.

Hoekstra vurğulayıb ki, Avropa Komissiyası COP29-un uğurlahəyata keçirilməsi üçün il ərzində bütün beynəlxalq tərəfdaşlarladialoqu davam etdirir.

O qeyd edib ki, iqlim üzrə beynəlxalq əməkdaşlıq vacibdir.

“İqlim dəyişikliyi sərhəd tanımır. İqlim dəyişikliyi iləeffektiv mübarizə aparmaq üçün biz qlobal şəkildə düşünməliyik. Bukontekstdə COP bütün beynəlxalq ictimaiyyətin görüşdüyü və iqlimsiyasətinin gələcəyi ilə bağlı razılığa gəldiyi platformadır. COPkonfransları ictimaiyyətin və medianın diqqətini cəlb edir və buproses heç vaxt dayanmır.

Aİ-yə gəlincə, biz hesab edirik ki, beynəlxalq əməkdaşlıqhəlledicidir. Birincisi, biz öz ambisiyalarımızla yaxşı nümunəgöstərmək istəyirik. Biz 2030-cu ilə qədər emissiyaları 55 faizazaltmaq və 2050-ci ilə qədər məcburi iqlim neytrallığı hədəfinitəyin etmək üçün qanun qəbul etmişik. Aİ həm də iqliminmaliyyələşdirilməsinin ən böyük donorudur - 2022-ci ildə 28,5milyard avro. Biz ayrı-ayrı tərəfdaşlarla enerji keçidi sahəsindəikitərəfli yaşıl ittifaqları və ədalətli tərəfdaşlığı təşviqedirik”, - deyə Avropa komissarı izah edib.

X: @Lyaman_Zeyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
az.trend.az

2Mənbələr