AZ

Mahaçqalanın mərkəzindən polis kordonu çıxarıldı

Mahaçqalanın mərkəzindən, Universitet meydanından polis kordonu çıxarılıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatı Dağıstanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

İyunun 25-də axşam saatlarında "Shot" "Telegram" kanalı Mahaçqalada “Məsələ” planının tətbiq olunduğunu, polisin patrul əməkdaşına atəş açan iki silahlı şəxsi axtardığını bildirib.

Sonradan Dağıstanın Daxili İşlər Nazirliyi “Məsələ” planının tətbiqi ilə bağlı məlumatları təkzib edib.

Mahaçqala meriyası da hüquq-mühafizə orqanlarının Maqomed Hacıyev və Korkmasov küçələri ərazisində tədbirlər həyata keçirdiyini bildirib və sakinləri müvəqqəti olaraq şəhərin bu hissəsini tərk etməyə və ora getməməyə çağırıb.

İyunun 23-də Dağıstanda silsilə terror aktları baş verib. Respublikada üç günlük matəm elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sia.az

1Mənbələr