AZ

Terror təşkilatını hərəkət edə bilməyəcək vəziyyətə saldıq - Ərdoğan

Bakı, TurkicWorld

Terror təşkilatını hərəkət edə bilməyəcək vəziyyətə saldıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Terror təşkilatına qarşı mübarizəmizdə 40 ili geridə qoymaq üzrəyik. Biz son illərdə tarixi nailiyyətlər əldə etmişik. Son bir ildə separatçı təşkilata qarşı 34 min 765 əməliyyat keçirilib. 7-si qırmızı, 1-i yaşıl, 15-i narıncı, 34-ü boz kateqoriyası olmaqla 1045 terrorçu zərərsizləşdirilib.” – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, FETÖ-yə qarşı 5 min 827 əməliyyat keçirilib və 9 min 350 şübhəli saxlanılıb.

“Suriya və İraqda 2525 terrorçu zərərsizləşdirilib.” – deyə Ərdoğan vurğulayıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
turkic.world

1Mənbələr