AZ

Digər ölkələrRusiya hökuməti bir sıra yeni nazir müavinlərini təyin edib

Rusiya Federasiyasının Nazirlər Kabineti bir neçə yeni nazir müavinlərini təyin edib.

“Report” xəbər verir ki, bu barədə hökumət müvafiq sərəncamlar imzalayıb.

Sərəncama əsasən, maliyyə nazirinin müavini İrina Okladnikova birinci müavin təyin edilib.

Maliyyə Nazirliyinin departament direktoru Yelena Yakovleva maliyyə nazirinin müavini, departament direktorunun müavini Aleksey Lipayev maliyyə nazirinin müavini, Valentin İvanov nəqliyyat nazirinin birinci müavini, Rusiya Dəmir Yollarının baş direktorunun müavini Aleksey Şilo nəqliyyat nazirinin müavini təyin olunub.

Həmçinin, nəqliyyat nazirinin müavini vəzifəsi əvvəllər “Rosavtodor” rəhbərinin müavini vəzifəsini tutan Viktor Timofeyevə keçib, Mher Qandilyan idman nazirinin müavini olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
far.az

3Mənbələr