AZ

AÇ-2024: Avstriya millisi Niderlandı məğlub edib

Yayımlandı: 26 İyun 2024 01:00 İngiltərə qrup birincisi kimi növbəti mərhələyə yüksəlib İyunun 25-də Avropa çempionatının qrup mərhələsində 3-cu turun növbəti oyunları keçirilib. D qrupunda Niderland və Avstriya komandaları üz-üzə gəlib. Oyun Niderland millisinin 2:3 hesablı məğlubiyyəti ilə bitib. Qrupun digər oyunu Fransa və Polşa milliləri arasında baş tutub. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Bununla da, Avstriya qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa seçməsi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland millisi ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək. C qrupunda İngiltərə millisi Sloveniyanı sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. Bu qrupda Danimarkanın Serbiya yığması ilə görüşü də qolsuz bərabərliklə yekunlaşıb. Beləliklə, C qrupundan İngiltərə və Danimarkanın növbəti mərhələyə yüksəlməsi rəsmiləşib. Sloveniya yığmasının isə ən yaxşı göstəriciyə malik komandalardan biri kimi 1/8 finala çıxması ehtimalı böyükdür. İndiyədək meydan sahibi Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, Fransa, Niderland, İngiltərə və Danimarka Avropa çempionatının 1/8 finalına vəsiqəni rəsmiləşdirib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
xural.com

1Mənbələr