AZ

Heç-heçələr antirekordu – C qrupunda

AVRO-2024-də C qrupunda antirekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, keçirilən 6 oyunun 5-də heç-heçə başa çatıb.

Qrupda yeganə qələbə İngiltərə - Serbiya görüşünə təsadüf edib. İngilislər 1:0 hesabı qalib gəliblər. Digər oyunlarda komandalar 1 xalla kifayətləniblər ki, Avropa çempionatları tarixində ilk belə hala rast gəlinib.

Yekunda İngiltərə yığması (5 xal) 1-ci, Danimaka (3) 2-ci, Sloveniya (3) isə 3-cü yeri tutaraq 1/8 finala yüksəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
idman.biz

1Mənbələr