AZ

HƏMAS Rusiya Federasiyasının hərbi yardımı ilə bağlı açıqlama verib

Fələstinin HƏMAS hərəkatı Rusiya Federasiyasından Fələstin-İsrail münaqişəsində hərbi dəstək istəmək niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.

Mərzuk artıq Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla danışıqlar aparıb.

“Xeyr, biz hərbi yardım istəməmişik. Qəzzada müharibə gedir, Qəzza yaxın döyüş üçün silahlarını istehsal edir”, – deyə o vurğulayıb.

Mərzuk əlavə edib ki, HƏMAS rəhbərliyi hərəkatın İsraillə davam edən hərbi münaqişədə təkbaşına idarə edə biləcəyinə inanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
nocomment.az

1Mənbələr