AZ

HƏMAS prioritet olaraq iki rusiyalını azad etməyə hazırdır

HƏMAS Qəzza zolağında atəşkəslə bağlı razılığa gəlmək şərti ilə ilk olaraq Rusiya vətəndaşlığı olan iki israillini azad etməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.

İsrail rəsmilərinin məlumatına görə, hazırda Qəzzada 120 girov var, onlardan 39-nun sağ qalmadığı bildirilir.

Müxtəlif əməliyyatlar və humanitar səylər zamanı 135 girov azad edilib. Əsirlikdə qalanlar arasında Rusiya pasportuna malik iki İsrail vətəndaşı da var.

Marzuk qeyd edib ki, girovlar arasında ruslar yoxdur, yalnız meksikalı, amerikalı, ukraynalı və digər ikili vətəndaşlığı olan İsrail vətəndaşları var. O, Fələstinlə bağlı mövqeyinə görə Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq əlaməti olaraq bir rusiyalının razılaşmadan azad edilməsini də xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
nocomment.az

2Mənbələr