AZ

Robert Levandovski Ronaldo və Modriçin nailiyyətini təkrarladı

AVRO-2024-ün D qrupunun III turunun qarşılaşmasında Polşa və Fransa 1:1 hesablı heç-heçə edib. Kilian Mbappenin penaltidən vurduğu qola polyaklar Robert Levandovskinin penalti qolu ilə cavab verib. Matc.az xəbər verir ki, Levandovski dördüncü Avropa çempionatında qol vurub. Daha əvvəl forvard 2012, 2016 və 2020-ci illərdə Avropa çempionatında qol vurub. Beləliklə, Levandovski ən azı dörd Avropa çempionatında qol vuran Kriştiano Ronaldo və Luka Modriçin nailiyyətini təkrarlayıb. Qeyd edək ki, Polşa bir xalla D qrupunu dördüncü pillədə başa vurub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
matc.az

1Mənbələr