Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçlarında ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, hər iki oyunda hesab açılmayıb.
23:52
Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçlarında ilk hissə bitib.
"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
23:00
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.
"Report"un məlumatına görə, C qrupunda İngiltərə - Sloveniya və Danimarka - Serbiya görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qarşılaşmaları müvafiq olaraq fransalı hakimlər Klement Turpin və Fransua Leteksye idarə edirlər.
Qeyd edək ki, hazırda İngiltərə millisi 4, Danimarka və Sloveniya 2, Serbiya isə 1 xala malikdir.