AZ

Mahaçqalada polis əməliyyat keçirir

Dağıstanın paytaxtı Mahaçqalanın Korkmasova küçəsində baş vermiş hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər sakinlərindən evdə qalmağı və küçəyə çıxmamağı xahiş ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Exo Dağıstan” telegram kanalı xəbər yayıb.

Yayılan videogörüntülərdən görünür ki, səsgücləndiricilərdən istifadə edən polis sakinləri evlərini tərk etməməyi, küçədə olanları isə ərazini qısa zamanda tərk etməyi xahiş edir.

Eyni zamanda məlum olub ki, hadisə baş verən ərazidə əlində silah olan bir kişi görünüb. Məhz bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Qeyd edək ki, daha əvvəl Mahaçqalanın mərkəzində atışma baş verib.

Yerli teleqram kanalları bildirib ki, şəhərdə, Universitet meydanı yaxınlığında pulemyotlarla silahlanmış polis əməkdaşları ərazini mühasirəyə alıb və cinayətkarların tutulması üçün əməliyyat keçirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
ikisahil.az

1Mənbələr