AZ

"Yaxşı nəticəyə layiq deyildik" - Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-ün qrup mərhələsinin üçüncü turunda Avstriyaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Biz bundan yaxşı nəticəyə layiq deyildik. Çox pis oyun oldu. Matçın əvvəlində biz nəzarət etmirdik. Sonradan bir az daha yaxşı oynadıq və bir neçə şansımız oldu, lakin səhvlərimizə görə bizi cəzalandırdılar”

Kuman komandasında aqressivliyin olmadığını, futbolçularının rəqiblərinə kifayət qədər təzyiq göstərmədiyini qeyd edib. Niderland millisinin Avropa çempionatının 1/8 finalında kiminlə oynayacağı daha sonra məlum olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
90deqiqe.az

1Mənbələr