AZ

Bütün bunlar öyrənilir və nəticələr çıxarılır...

...Qərb Rusiyanın istənilən vəziyyətdə özünü müdafiə etməyə və öz maraqlarını təmin etməyə hazırlığını lazımınca qiymətləndirmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, bu qiymətləndirilmə faciəli və ölümcül nəticələrə səbəb ola bilər.

...Primakov oxunuşlarında çıxış edən Ryabkov Rusiya prezidentinin sözlərini xatırladıb.

...Vladimir Putin dəfələrlə bildirib ki, son illər ölkədə, ilk növbədə, nüvə silahının qarşısının alınması sahəsində böyük zəmin yaradılıb. Onlar imkan verir ki, Rusiya gələcək onilliklər ərzində öz təhlükəsizliyinə zəmanət versin.

...Bu o demək deyil ki, siz ətrafınızda baş verənlərə məhəl qoymayacaqsınız. Əksinə, bütün bunlar öyrənilir və nəticələr çıxarılır.

Qeyd edək ki, TASS agentliyi bu fikirləri XİN rəhbərinin müavininə istinadən bildirir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
sia.az

1Mənbələr