AZ

Avtomobillin yanacaq çəni partladı, usta yaralandı

Gəncədə  55 yaşlı usta  ağır yanıq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, hadisə şəhər  ərazisində yerləşən avtomobil təmir sexlərinin birində qeydə alınıb.

55 yaşlı Rəsul Hüseynov işlədiyi sexdə avtomobillin yanacaq çənində qaynaq işləri aparan zaman partlayış olub.

Ağır yanıq xəsarətləri alan 55 yaşlı kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya  yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Bakıya aparılır.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
unikal.az

2Mənbələr