AZ

Probej: “Biz daha da irəli getmək istəyirdik”

Polşa millisinin baş məşqçisi Mixal Probej 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Fransa ilə oyununda (1:1) heç-heçədən danışıb. Matc.az xəbər verir ki, Probej bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib. “Çempionatı tərk etdiyimizə baxmayaraq, bugünkü aktivliyinə görə azarkeşlərə təşəkkür etmək istərdim. Biz sona qədər mübarizə apardıq və həqiqətən yaxşı şanslarımız oldu – uşaqlardan məhz belə futbol istəyirəm. Oyunçularıma bizim işimizə göstərdikləri fədakarlığa görə təşəkkür etmək istəyirəm. Qrup mərhələsini keçə bilməməyimiz təəssüf doğurur. Çox təəssüf ki, turniri tərk edirik. Çətin çempionat oldu. Biz daha da irəli getmək istəyirdik, buna hazır idik. İstilərə baxmayaraq, bu gün yaxşı oyun keçirdik”. AVRO-2024-də Fransa və Polşa milliləri Hollandiya və Avstriya ilə D qrupunda mübarizə aparıb. Üç oyundan sonra Polşa qrup turnirini aktivində bir xalla başa vurub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
matc.az

1Mənbələr