AZ

19 yaşlı hamilə qadın mal-qaraya dərman verərkən zəhərləndi

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.
 
Hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.
 
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verərkən zəhərlənib.
 
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
110
14
moderator.az

10Mənbələr