AZ

Mahaçqalanın mərkəzində yenidən silah səsləri eşidilib, polis əməliyyat keçirir

Mahaçqalanın mərkəzində, Korkmasova küçəsində yenidən silahlı qarşıdurma yaşanıb.

APA xəbər verir ki, Telegram kanallarında bir qrup şəxlə polis arasında baş vermiş atışmanın videoları yayılıb.

Əldə olunan məlumata görə şəhərin mərkəzi yolları bağlanıb və mülki şəxslər ərazidən uzaqlaşdırılıb.

Yerli Teleqram kanallarında yayılan məlumata görə şəhərdə Universitet meydanı kimi tanınan ərazini silahlanmış polis əməkdaşları mühasirəyə alıb və cinayətkarların tutulması üçün əməliyyat keçirir.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda silsilə terror aktları baş vermiş ölkə ərazisində üç günlük matəm elan edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
apa.az

2Mənbələr