AZ

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bakı. Trend:

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrinəvvəllərindən başlayıb - 1918-ci ildən. Öz müstəqilliyini elanetmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin iliyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusuyaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və ƏlahiddəAzərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrinyaradılması istiqamətində mühüm addım oldu.

Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğuprosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildəhakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsindəhərbi kadrların hazırlanması prosesi müsbət dinamika aldı. Bu,milli ordu quruculuğunda dönüş səhifəsi idi və dinamik bir proseskimi irəlilədi. Belə ki, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbilisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinəmarağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasınagətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonraC.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsasbazalarından birinə çevrildi.

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi iləhakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətindəmühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycanhərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonraAzərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyatakeçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrinmaddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətinmənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhununyüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanınaəsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyunAzərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və həril bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Görkəmli siyasi xadim Heydər Əliyev hərbi təhsil sisteminin dahada inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də HərbiAkademiyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanıntəsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşmasıprosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayılabilər.

Ulu öndər Heydər Əliyevin başlatdığı ənənənin davamı olaraqmüstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu.Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu.

Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlıməmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbiqüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bu nailiyyətlərAzərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchizetmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiəqüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texnikitəchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrinmaddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturunyaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənziltəminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinininkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edənhərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlıməhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silahvə hərbi texnikaların satın alınması və hərbi məhsullarınistehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbiəməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevindövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin sonillərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması vənəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması dövlətbaşçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunubir daha təsdiq edir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən müasir orduhesab olunur. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordususırasında olması həm də belə gərəkli və vaxtında aparılanislahatlarla bağlıdır.

Azərbaycan ərazilərinin 30 illik işğalına Ordusunun gücüsayəsində son qoydu. Azərbaycanın ərazi bütövlüyünün pozulması ilənəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılmasıistiqamətində uğurlu diplomatik iş aparan Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrdaəks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsindədüşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Qəhrəmanhərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizinqanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsininşahidi oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsiazad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünüsübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü, düzgün hərbistrateji qərarlar hesabına əldə olunmuş nəticədir.

Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyəttərəfindən etiraf edilməsi Silahlı Qüvvələrimizin gəlib çıxdığıvəziyyəti özündə ən aydın ehtiva edir. İkinci Qarabağ müharibəsizamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilikhesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinəsalınaraq öyrənilir. İstisna edilmir ki, Azərbaycan SilahlıQüvvələri bu gün necə güclüdürsə, gələcəkdə daha da güclüolacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
az.trend.az

10Mənbələr