AZ

Serbiya və Danimarka matçında Rusiya bayraqları asıldı

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Serbiya və Danimarka yığmaları arasında keçirilən oyununda azarkeşlər Rusiya bayraqlarını asıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “OFNEWS” Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, bayraqları matçda iştirak edən rusiyalı azarkeşlər nümayiş etdiriblər. Bayraqların birində “Moskva” yazılıb.

İyunun 20-də üzlərində ölkə bayraqları olan rusiyalı azarkeşlər Avro-2024-ün qrup mərhələsinin ikinci turunda Serbiya və Sloveniya arasında keçiriləcək oyuna buraxılmayıb. Stadionun təhlükəsizlik işçiləri azarkeşlərin oyuna matçda iştirak etməyən ölkənin bayrağını daşımaları ilə izah ediblər. Azarkeşlər arenanın başqa girişinə keçib, üçrəngliləri çevirərək serblərlə səhv saldıqları üçün içəri keçiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
konkret.az

2Mənbələr