AZ

Pentaqonun rəhbəri Rusiyanın müdafiə naziri ilə ilk dəfə telefonda danışdı


Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika Hərbi Departamentinin mətbuat katibi Patrik Rayder məlumat verib.
Söhbət zamanı Ostin Rusiyanın Ukrayna ilə müharibəsi kontekstində hərbi idarələr arasında rabitə kanallarının saxlanmasının vacibliyindən danışıb.
Pentaqonun sözçüsü xatırladıb ki, Ostin sonuncu dəfə Rusiya Müdafiə Nazirliyinin rəhbəri ilə 2023-cü ilin martında bu vəzifəni Sergey Şoyqu icra edərkən əlaqə saxlayıb.
Rusiya tərəfi hələ Belousov və Ostin arasında aparılan danışıqlara münasibət bildirməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
yeniavaz.com

1Mənbələr