AZ

FutbolPolşa millisinin baş məşqçisi: Azarkeşlərimizə dəstəkləri üçün təşəkkür etmək istərdim

Mübarizəni dayandırmağımıza baxmayaraq, azarkeşlərimizə dəstəkləri üçün təşəkkür etmək istərdim.

"Far.Az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Polşa millisinin baş məşqçisi Mixal Probyerz Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Fransa ilə oyundan sonra deyib.

Mütəxəssis futbolçulara da təşəkkür etməyi unutmayıb: "Sona qədər mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Mən yenə də futbola davam etmək istəyirəm. Oyunçulara sadiqliklərinə görə təşəkkür edirəm. Vəsiqə qazana bilmədiyimiz üçün təəssüf ki, ayrılmaq məcburiyyətindəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
far.az

1Mənbələr