AZ

Moskvaya uçan təyyarənin şüşəsi ÇATLADI

Ufadan Moskvaya uçan təyyarənin ön şüşəsi uçuş zamanı çatlayıb.

News24.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, iyunun 25-də Ufa-Moskva reysi zamanı Boeing 737-800 təyyarəsinin ön şüşəsi pilotun sağ tərəfində çatlayıb. Baş verənlərə baxmayaraq, uçuşun davam etdirilməsinə qərar verilib.

Təyyarə paytaxtın Vnukovo hava limanına təhlükəsiz eniş edib. Bildirilib ki, hazırda təyyarədə olan şüşənin dəyişdirilməsi istiqamətində iş aparılır. Digər təfərrüatlar və hallar hələlik açıqlanmır.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
news24.az

1Mənbələr