AZ

19 yaşlı hamilə qadın dərmandan zəhərləndi

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
97
14
konkret.az

10Mənbələr