AZ

Duş qəbul edərkən öldü

Türkiyədə tikintidə işləyən 26 yaşlı Taha Kaya duş qəbul etmək üçün vanna otağına daxil olub. 

News24.az xəbər verir ki, duş qəbul edən Kayanı elektrik cərəyanı vurub. Dostları uzun müddət Kayadan cavab ala bilməyəndə hamamın qapısını açıblar.

Kayanı yerdə hərəkətsiz görən dostları vəziyyəti 112 təcili tibbi yardım və polis qruplarına xəbər verib. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən aparılan ilk müayinədə Kayanın öldüyü müəyyən edilib. Kayanın cansız bədəni morqa aparılıb və hadisə ilə bağlı araşdırma başladılıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
news24.az

1Mənbələr