AZ

“Barselona”nın hücumçusu “Çelsi”də

"Barselona"nın hücumçusu Mark Quiou karyerasını "Çelsi"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O London klubunun artıq kataloniyalılarla ispan futbolçunun 6 milyon avro qarşılığında razılığa gəldiyini qeyd edib.

18 yaşlı futbolçu "Barselona"nın əsas heyətində yeddi oyun keçirib. Onlarda gənc hücumçu iki qol vurub.

Xatırladaq ki, “Çelsi” son İngiltərə çempionatını turnir cədvəlinin altıncı pilləsində başa vurub. Növbəti mövsümdə “pensiyaçılar” Premyer Liqanı Konfrans Liqasında təmsil edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
90deqiqe.az

1Mənbələr