AZ

“Apple” konveyerdə işləyənlərin yarısını robotlarla əvəz etmək istəyir


“Apple” əl əməyini avtomatlaşdırmaqla “iPhone”un yekun yığılmasında iştirak edən işçilərin sayını 50% azaltmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, qərar 2022-ci ildə işçilərlə polis arasında baş vermiş toqquşmalardan sonra verilib və “Apple”ın tədarük zəncirini sadələşdirmək strategiyasının bir hissəsidir.
Məlumata görə, belə bir qərarı 2022-ci ilin noyabrında əsas montaj sexlərinin yerləşdiyi “Foxconn” zavodunun yaxınlığında “iPhone” işçiləri ilə polis arasında baş verən şiddətli toqquşmadan sonra “Apple”ın əməliyyatlar üzrə baş vitse-prezidenti Sabih Xan verib. Əməkdaşlar iş şəraitindən, yeməkxanalarda yemək çatışmazlığından və bağlı yerləri tərk edə bilməmədikərindən qəzəblənib, iğtişaşlar təşkil ediblər.
Hadisədən sonra “Apple” iş yerlərinin ümumi sayını azaltmaq və istehsalın avtomatlaşdırılması və komponentlərin tədarük zəncirinin optimallaşdırılması layihəsini həyata keçirmək qərarına gəlib ki, bu da əvvəllər yüksək xərclərə görə qeyri-mümkün hesab edilirdi. Bununla belə, şirkət indi yüz milyonlarla dollara başa gələ biləcək bahalı avadanlıqlara investisiya qoymaqla bu xərcləri öz üzərinə götürməyə hazırdır.
“Apple”ın avtomatlaşdırma səyləri artıq müəyyən nəticələr verib. Mənbələrin bildirdiyinə görə, ötən il ərzində “iPhone”un yığılmasında bir neçə addım uğurla avtomatlaşdırılıb, o cümlədən metal bərkidicilər və çevik elektron lövhələr insan müdaxiləsi olmadan komponentlərə quraşdırılıb. Bu proses artıq “Apple” və onun tərəfdaşlarına Çində minlərlə iş yerini ixtisar etməyə imkan verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
yeniavaz.com

1Mənbələr