AZ

AÇ-2024:İngiltərə Sloveniyaya, Danimarka Serbiyaya qarşı -YENİLƏNİR

Almaniyada təşkil olunan Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Beləliklə, D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Paytaxt Berlində Avstriya ilə üz-üzə gələn Niderland 2 qol vurmasına baxmayaraq, görüşdən məğlub ayrılıb və qrup üçüncüsü olub. Avstriya isə 1/8-ə lider kimi adlayıb. Belə ki, paralel keçən oyunda Fransa Polşanın müqavimətini qıra bilməyib. Hər iki komanda penaltidən 1 qol vurub.

C qrupunun oyunlarına isə saat 23:00-da start veriləcək. İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AÇ-2024
III tur
25 iyun

D qrupu 

Niderland - Avstriya 2:3 
Qollar: Qakpo, 47. Depay, 75 - Malen, 6-öz qapısına. Şmid, 59. Zabitser, 81.

Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.

Fransa - Polşa 1:1 
Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".

Xal durumu: Avstriya - 6, Fransa - 5, Niderland - 4, Polşa - 1. 

C qrupu

 İngiltərə - Sloveniya 0:0 (1-ci hissə)
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.

Danimarka - Serbiya 0:0 (1-ci hissə)
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, "Alyans Arena".

Xal durumu: İngiltərə - 4, Danimarka - 2, Sloveniya - 2, Serbiya - 1. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
fanat.az

1Mənbələr