AZ

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Keniyada

Bakı, 25 iyun, AZƏRTAC

Keniyanın paytaxtında 2024-cü il büdcə layihəsinin müzakirə edildiyi ölkə parlamentinə basqın edən azı 10 etirazçı polis tərəfindən güllələnib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu gün minlərlə insan etiraz aksiyası keçirərək siyasətçilərdən mübahisəli büdcə layihəsində təklif olunan yeni vergilərin əleyhinə səs vermələrini tələb edib. Lakin sənəd təsdiqləndikdən sonra nümayişçilər parlament binasına basqın ediblər. Qiyam edən keniyalılar tüstü bombalarını partladıblar. Parlamentə hücum zamanı polis atəş açmağa məcbur olub. Ən azı 50 nəfər yaralanıb.

Qəbul edilmiş qanun layihəsində yeni vergilər, o cümlədən ekoloji vergi, çörəyin alışına görə 16 faiz ƏDV, nəqliyyat vasitələrinə 2,5 faiz vergi nəzərdə tutulur. Artıq onları ləğv edəcəklərinə söz veriblər.

Diplomatlar vəziyyəti son dərəcə gərgin kimi qiymətləndirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
azertag.az

3Mənbələr