AZ

Belarus Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur 

Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı bütün razılaşmalar əldə olunub

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Onun sözlərinə görə, Belarus iyulun 3-4-də Astanada keçiriləcək sammitdə təşkilata qəbul olunacaq.

 

“Astanada keçiriləcək sammitin ilk aktı Belarusun ŞƏT-in tamhüquqlu üzvlərinə rəsmi qəbulu olacaq. Minsk bütün tədbirlərdə digər üzvlərlə bərabər əsasda iştirak edəcək”, - Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşün açılış nitqində deyib.

 

Lukaşenko Belarusun təşkilatda iştirakının vacibliyini qeyd edib: “Bu, təkcə imic və siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. İstənilən vaxt istənilən məsələləri, o cümlədən konkret məsələləri müzakirə etmək imkanı var”.

 

Belarus 2022-ci ildə ŞƏT-ə üzv olmaq üçün müraciət edib.

 

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Şanxayda yaradılıb. Əsas iştirakçılar Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistandır. Təşkilatın əsas məqsədləri iştirakçı ölkələr arasında etimadın möhkəmləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inkişafdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
modern.az

1Mənbələr