Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Niderland – Avstriya matçının ən yaxşı futbolçusu bəlli olub.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi Marsel Zabitser qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Zabitser bu oyunda bir qolla yadda qalıb. Avstriya yığması isə matçı 3:2 hesablı qələbə ilə başa vurub.