AZ

Serbiyalı futbol azarkeşləri ilə alman polislər arasında insident yaşandı

Danimarkaya qarşı AVRO-2024 matçından əvvəl serb futbol azarkeşləri alman polisi ilə dava ediblər.

“İki sahil” xəbər verir ki, serb azarkeşlər fayerlər yandırıb, mahnı oxuyub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təhqiramiz ifadələr səsləndiriblər.

Fanatlar bibər qazından istifadə edən polisə şüşə atmağa başlayıblar. Qanunu pozanlardan biri saxlanılsa da, yoldaşları onu polisin əlindən ala biliblər. Hazırda polis vəziyyəti nəzarət altında saxlayır.

Xatırladaq ki, bu gün Serbiya və Danimarka görüşü baş tutacaq. Komandalar meydançaya Bakı vaxtı ilə saat 23:00-da çıxacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr