AZ

Krımda uşaqların istirahətinə qadağa qoyulması təklif edildi

Krımda uşaqların istirahətinə qadağa qoyulması təklif edildi

Rejissor Karen Şaxnazarov Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən Krımda uşaqların istirahətinin qadağan olunmasını təklif edib.

Bu barədə "BRIEF" Telegram kanalında məlumat verilib.

"Yaxşı, böyüklər cəsurdur, heç nədən qorxmur. Amma uşaqları belə bölgələrə, Krım kimi yerlərə istirahətə aparmaq bəlkə də lazım deyil. Aydındır ki, ora hücumlar davam edəcək," - deyə rejissor bildirib.

Şaxnazarov əlavə edib ki, hərbi əməliyyatlar daha amansız forma almağa başlayıb. Rejissor belə vəziyyətlərdə nəyisə qurban vermək lazım olduğunu dilə gətirib./BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
sonxeber.az

2Mənbələr