Ağstafa Rayon Təhsil Şöbəsinin binası çöküb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün iş saatlarında baş verib.
Binanın çökməsinə səbəb ötən günlərdə baş verən fırtınanın olduğu iddia olunur.
Qeyd edək ki, hadisə zamanı yaralanan olmayıb.