AZ

Azərbaycan Ordusu dövlətinin, xalqının dayağıdır- ÖZƏL

"Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, onun ordusu isə ən güclü ordusudur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Azərbaycan dövləti Cənubi Qafqazın süpergücüdür. Onun ordusunun qəhrəmanlığı, peşəkarlığı, vətənpərvərliyi, hazırlığı, hər baxımdan təminatı Azərbaycan Ordusunu dünya orduları arasında ilk əllilikdə yer almasına gətirib çıxarıb. Cənubi Qafqaz ölkələri bu mənada heç cür Azərbaycanla müqayisə oluna bilməz. Erməni ordusu ümumiyyətlə müqayisə oluna bilməz, heç Gürcüstanın ordusu da. Bu mənada hesab edirəm ki, Azərbaycan Ordusu dövlətinin, xalqının dayağıdır. Ordumuz bizim fəxrimizdir. Hərbi qulluqçularımız, orduda qulluq edən generallarımız, zabitlərimiz, gizirlərimiz, əsgərlərimizin hamısını təbrik edirəm! Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Bütün qazilərimizə, veteranlarımıza can sağlığı arzulayıram. Onlar bizim qürurumuz, fəxrimizdir. Azərbaycan Ordusu 44 günlük müharibədə öz tarixi şan-şöhrətini özünə qaytardı. Ondan sonrakı proseslərdə, antiterror əməliyyatlarında Azərbaycan Ordusunun gücü artıq düşməni qorxudurdu. Xüsusi təyinatlıların qəhrəmanlığı dillərdə əzbər olmuşdu. Eşidəndə ki, Xüsusi təyinatlılar gəlir, ermənilər dərhal qaçırdııar. Bu mənada hesab edirəm ki, ordumuz bizim qürurumuz, dayağımızdır. Bir daha təbrik edirəm! Biz, bundan sonra daha da güclü, peşəkar ordu görəcəyik".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
olaylar.az

1Mənbələr