AZ

Medvedev Rusiyaya qarşı yeni sanksiyaları şərh edib

...Rusiya yeni sanksiyalardan sağ çıxacaq, lakin onun yaxşı yaddaşı var və xalqına zərər vermək cəhdini unutmayacaq, bağışlamayacaq və bu onlara sonradan baha başa gələcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün ingilisdilli Telegram kanalında bildirib.

Xatırladaq ki, iyunun 24-də Avopa İttifaqı Şurası Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib.

Yeni məhdudlaşdırıcı tədbirlər 116 nəfərə və şirkətə təsir edib. Sanksiyalar, digər məsələlərlə yanaşı, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə təsir göstərib. Avopa İttifaqı Rusiyadan LNG almağa davam edəcək, lakin onun təkrar ixracını məhdudlaşdıracaq.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
sia.az

1Mənbələr