AZ

AMEA-da yazıçı-alim Sadıq Qarayevin 50 illik yubileyi keçirilib

AMEA-da yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sadıq Qarayevi 50 illik yubileyi münasibətilə təbrik edib. Onun yazıçı, alim və ictimai xadim olaraq vətənpərvər fəaliyyəti ilə tanındığını, əsərlərində azərbaycançılıq məfkurəsi və ideyasını əsas tutaraq, azərbaycançı düşüncəni təbliğ etdiyini deyib, bir yazıçı kimi mövqeyinin mahiyyətini milli mənafe, ölkə maraqları və bəşəri dəyərlərin təşkil etdiyini vurğulayıb.

Akademik qeyd edib ki, müxtəlif elm sahələrini təmsil edən insanların həm də bədii sənət və yaradıcılıqla məşğul olması təqdirəlayiq haldır. Bu mənadə, Sadıq Qarayev həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni cığır yaradıb, milli və bəşəri dəyərləri özünəməxsus tərzdə əks etdirib, azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrini qələmə aldığı əsərlərində ustalıqla ifadə edib: “Azərbaycançılıq məfkurəsi” onun bir əsərinin adıdır, amma bu ideya onun bütün əsərlərinin mərkəzində durur”.       

Akademik İsa Həbibbəyli müstəqillik illərindən ədəbiyyatımızda yaranmağa başlamış akademizm cərayanının ictimai-siyasi ideyasından bəhs edib. Yaradıcılığında elmi idrakla bədii istedadın vəhdət təşkil etdiyi Sadıq Qarayevi bu cərəyanın layiqli nümayəndələrindən olduğunu deyib.

Natiq Sadıq Qarayevin müəllifi olduğu “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını sadalayıb, onların ümumi xülasəsini xarakterizə edib.

Sonra tədbirdə “Azərbaycançılıq məfkurəsi” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yazıçının əsərləri haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Sadıq Qarayev elmi biliklərini bədii yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdıran alimdir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı məruzəsində yazıçının yaradıcılığını fəlsəfi aspektlərdən qiymətləndirib: “Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri millət vəkili Fazil Mustafa çıxışında bildirib ki, Sadıq Qarayevin yaradıcılığında azərbaycançılıq məfkurəsini elmi postulat kimi ədəbiyyata gətirməsi onun ən uğurlu cəhdlərindəndir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli yazıçının yaradıcılığını təhlil edərək, onun azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyini deyib. Yazıçının əsərlərinin elmi-ədəbi fikrinin müasir səviyyəsini əks etdirən dəyərli nümunə kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli olduğunu, bununla, milli ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilərək azərbaycançılıq düşüncəsinin, ideologiyasının carçısı kimi mövqe qazandığını bildirib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Sadıq Qarayevi yubileyi münasibətilə təbrik edib, yazıçıya yaradıcılıq uğurları arzulayıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov Sadıq Qarayevin ictimai fəal kimi müsbət keyfiyyətlərindən bəhs edib. Yazıçının Ali Hərbi Məktəbin kursantları ilə tez-tez görüşdüyünü, azərbaycançılıq ideyasını təkcə əsərləri ilə deyil, çıxışları ilə də gənclər arasında təbliğ etdiyini bildirib.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov alimin müharibə mövzusunda yazdığı əsərlərdə Qarabağ müharibəsinin başlanması, Qarabağ və ətraf rayonların işğalı və bu işğal zamanı törədilən insanlığa sığmayan cinayətlər, müharibənin özü ilə gətirdiyi çətinliklər, şəhid və qazilərin döyüş yolu, göstərdikləri qəhrəmanlıqları sənədli, real faktlar əsasında təsvir etdiyini deyib.

Çıxışların ardınca “Aləmlərin söhbəti” adlı videoçarx izlənilib.

Daha sonra Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun kollektivi adından təbrik məktubunu institutun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova diqqətə çatdırıb.

Sonda alim-yazar Sadıq Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Şəkil sayı: 15

Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
525.az

3Mənbələr