AZ

Rusiya xarici işlər nazirinin müavini nüvə müharibəsi ilə təhdid etdi: bu faciəvi və ölümcül ola bilər

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Qərb ölkələri Rusiya Federasiyasının istənilən halda özünü müdafiə etməyə və öz maraqlarını təmin etməyə hazır olduğunu lazımınca qiymətləndirmir.

Onun sözlərinə görə, bu faciəvi və ölümcül ola bilər. O, həmçinin bildirib ki, hazırkı vəziyyətdə nüvə gücləri arasında birbaşa silahlı münaqişə riskləri mövcuddur: “Biz belə nəticəyə gəldik ki, bu gün birbaşa silahlı münaqişə riskləri, xüsusilə nüvə dövlətləri arasında yüksəkdir”.

O, əlavə edib ki, Rusiya hakimiyyətinin nüvə toqquşmasının qarşısının alınması sahəsində fəaliyyəti ölkənin gələcək onilliklər üçün təhlükəsizliyinə zəmanət verir. O, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət nüvə xaosuna sürüşməsinin qarşısını almalıdır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
editor.az

1Mənbələr