AZ

Norman Ridus açıqadı: Onlar qayıdır

Troy Daffy 1999-cu ildə Bostonda yaşayan Konnor və Merfi Makmanusun hekayəsindən bəhs edən "Şəhər müqəddəsləri" filmini çəkib. Daffy həmçinin Norman Ridus, Şon Patrik Flaneri və Villem Dafoun çəkildiyi filmin ssenarisini yazıb.

News24.az xəbər verir ki, ikinci davam filmi 2009-cu ildə işıq üzü görən "Şəhərin müqəddəsləri" filminin üçüncüsü üçün 10 ildir ki, işlər davam edir.

"Şəhərin müqəddəsləri 3" filmi ilə bağlı gözlənilən xəbər Norman Ridusdan gəlib. Məşhur aktyor trilogiyanın çoxdan gözlənilən son hissəsində pərəstişkarlarını nələrin gözlədiyini açıqlayıb.

Norman Ridus ScreenRant-a verdiyi müsahibədə Merfi MakManusun obrazını canlandırmaqdan danışıb.

"Real olur" deyərək şad xəbəri verən aktyor, "Açılış ardıcıllığı çılğındır! Əsasən, uşaqlar həbsxanadan qaçır, hekayə belə başlayır".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
news24.az

1Mənbələr