AZ

Ukrayna MN: "1,1 milyon insan hərbi xidmətə çağırıla bilər"

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Dmitri Lazutkin bildirib ki, etimadnamələrini yeniləmiş 2,3 milyon çağırışçıdan 1,1 milyonu hərbi xidmətə çağırıla bilər.

 

Sfera.az xəbər verir ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə cəlb olunanların məlumatlarını uzaqdan yeniləməyə imkan verən əlavənin işə salındığını elan edib. Müdafiə Nazirliyinin məlumatına görə, mayın 18-dən etibarən məlumatları yeniləyənlər arasında 1 milyon 100 min nəfər hərbi xidmətə çağırış hüququna malikdir, yəni bu insanlar səfərbər oluna və Ukrayna Silahlı Qüvvələri sıralarına qoşula bilərlər.

 

Qeyd edək ki, Ukraynada, mayın 18-də "səfərbərliyin gücləndirilməsi haqqında qanun" qüvvəyə minib. Buna görə hərbi xidmətə cəlb olunanların hamısı 60 gün ərzində məlumatlarını yeniləməlidirlər.

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
sfera.az

2Mənbələr