AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 mart tarixli 22 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2475 (Cild I) ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “Nazirlər Kabineti” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Şura üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.”.

2. “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələn-dirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 361 (Cild I) ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2024-cü il

№ 316

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
xalqqazeti.az

1Mənbələr