AZ

Stressin əsas "dərman" ı - Qucaqlamaq

Stressin

Sadəcə qucaqlaşmaqla hər şey dəyişir...Stressdən, bir-birimizə inamsızlığımızdan və bir çox başqa səbəblərdən qucaqlamağı unutmuşuq. Bununla belə, unutmamalıyıq ki, bir qucaqlaşma ilə hər şey dəyişir...Ulusum az-ın məlumatına görə, ucadan ağlayanda, yuxusuz və ya çox xəstə olanda... Yaşımız nə olursa olsun, ən çox arzuladığımız şey kimisə bərk-bərk qucaqlamaqdır, elə deyilmi? Çünki ağrılarımızı yüngülləşdirən, bizə təsəlli verən, güvən bəxş edən, sevincimizi artıran, həyatı yaşamağa dəyər edən yeganə və ən zəhmətsiz şey sevdiklərimizə sarılmaq, toxunmaqdır...Ona görə də nə vaxt sevdiyimiz birinin bədbəxt olduğunu görəndə, nə olduğunu soruşmazdan əvvəl etdiyimiz tək bir şey onu bərk-bərk qucaqlamaq olur. Psixoloqların tək yaşamağa məhkum olan insanlarla söhbətləri zamanı məlum olur ki, onların tək ehtiyacı sevdiklərini, dəyər verdiklərini qucaqlamaqdır. Məlumata görə, qucaqlaşmaq yalnız toxunmaq deyil, eyni zamanda, "Sən tək deyilsən", "Yanındayam", "Səni anlayıram", "Mənə güvənə bilərsən" mesajı verir.Odur ki, doğmalarınızı, sevdiklərinizi xoşbəxtlik sindromuna qərq etməkdən çəkinməyin, danışmayın, susun və qucaqlayın...Aymirə Ağamirova

Diqqət Çəkənlər

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən müəllimlərin müqavilələrinə xitam veriləcək

Qayda dəyişdi: Bu imtahan ödənişli olacaq

Kür çayında batan şəxsin axtarışları davam etdirilir - VİDEO

Seçilən
18
ulusum.az

1Mənbələr