AZ

Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib

     Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri isə Redmi Note 14 Pro olacaq. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Redmi Note 14 Pro smartfonu barəsində təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfon 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanacaq.     İnsayder bildirib ki, Redmi Note 14 Pro modeli 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə periskop teleobyektivi birləşdirəcək. Məlumata əsasən Redmi Note 13 Pro-dan fərqli olaraq Redmi Note 14 Pro-da arxa kamera sahəsi arxa panelin yuxarı mərkəz hissəsində yerləşəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 14 smartfon seriyası ilk növbədə Çində təqdim olunacaq. Müəyyən müəyyən müddətdən sonra isə Redmi Note 14 smartfonları üstəlik qlobal bazarda da işıq üzü görəcəklər.

Seçilən
108
technote.az

1Mənbələr