AZ

Etirazçılar parlament binasını yandırdı - 5 nəfər öldü

Keniyada vergi artımını nəzərdə tutan qanun layihəsinə qarşı aksiyalar davam edir.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Nayrobidə qanun layihəsi parlamentdə qəbul edildikdən az sonra nümayişçilər polis səddini aşaraq binaya daxil olublar.

Etirazçılar parlament binasının bir hissəsini və girişdəki təhlükəsizlik qüvvələrinin avtomobilini yandırıblar.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz, təzyiqli su və həqiqi güllələrdən istifadə edib. Onlarla etirazçının yaralandığı nümayişlər zamanı ən azı 5 nəfərin həyatını itirdiyi bildirilib.

Nümayişçilər Nayrobi qubernatoru Conson Sakacanın ofisinin yerləşdiyi bələdiyyə binasını da yandırıblar. Polis təzyiqli su ilə alova müdaxilə edib.

Etirazlara səbəb olan qanun layihəsində məqsəd iqtisadiyyatı canlandırmaq və xarici borcları azaltmaq olub.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
teleqraf.com

1Mənbələr